Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay uzun müddətdir sevgili olduğu prodüser Necati Kocabay ilə ötən gün Marmarisdə görüntülənib.
Sahildə ev kirayələyən cütlük dənizdə əylənərkən kameralara tuş gəlib.
Sevgililər bir müddət söhbət etdikdən sonra marketdən ərzaq sifariş ediblər.
Ərzaqlar gəldikdən sonra əşyalarını götürərək sahilə yollanan cütlük bir müddət uzandıqdan sonra dənizə girib.
Dənizdə əylənən sevgililər romantik anlar yaşayıblar.
2004-cü ildə ailə qurduğu həmkarı Cem Özerdən 6 il sonra boşanan Nurgül Yeşilçayın Kocabayla nikah masasına oturacağı gözlənilir.
Mənbə: Habertürk