Dünən ATV kanalında yayımlanan “Onlar” verilişinə müsahibə verən Nadir Qafarzadə yenə gözünü yumub, ağzını açdı.
Oxu.Az xəbər verir ki, İlhamə Quliyevanın Abbas Bağırova verdiyi “prins” titulu barəsində bunları deyib:
“Artıq krallar, padşahlar dövrü deyil. Mən bu titullara sadəcə gülürəm. Biz Abbasla tez-tez tədbirlərdə görüşürük, hazırda münasibətlərimiz normaldır. Mən onu prins kimi yox, əməkdar artist kimi tanıyıram”.
Müsahibənin sonunda uzun müddət üzərində daşıdığı “əjdaha” titulundan imtina edən Nadir özü haqqında bunları söyləyib:
“Məni bundan sonra əjdaha kimi təqdim etməyin. Mən Nadir Qafarzadəyəm”.
Aytən Sadıqzadə
www.oxu.az