1957-ci il. Paramount əfsanəvi italyan aktrisası Sophia Loren üçün Beverly Hills-də bir gecə təşkil edir. Bütün kino ictimaiyyəti orada toplaşır.
Sophia Loren Hollivudda hələ yenidir və bütün gözlər onun üzərindədir. Bax o gecə Delmar Watson-un tutduğu o məşhur kadrın çəkildiyi həmin gecədir.
Fotoda Sophia Loren yanında əyləşən Jayne Mansfield-in sinəsinə elə baxır ki, o an qadınlar arasındakı qısqanclığın şəkili kimi şərh olunur.
O andan illər keçdikdən sonra Sophia Loren “Entertainment Weekly”yə həmin gecəylə əlaqədar bunları danışır:
“Jayne Mansfield gəlib dərhal yanımda əyləşdi. Hər kəsin bizi izlədiyini bilirdi. Fotoya baxın. Gözlərim hara baxır? Onun sinəsinə baxıram. Sandım ki, döşləri boşqabıma dəyəcək. Üzümdə o qorxunu görə bilərsiniz. Paltarının içindəki hər şey çölə doğru partlayacaq –“BOOM”- və masanın hər yerinə dağılacaq deyə çox qorxurdum”.

Aydındır ki, Sophia Loren o gecə Jayne Mansfield-in onun rolunu əlindən almasına görə xeyli əsəbiləşmişdi. Haqsız sayılmırdı. Çünki Mansfield-in bu hərəkəti qəsdən etdiyi açıq-aşkar hiss olunurdu. Lorenin üzünə əks olunan narahatlığı o əfsanəvi şəkil ölümsüzləşdirmişdi.
Sophia Loren “Bir neçə dəfə bu şəkil imzalamağım üçün mənə uzadılıb. Amma heç bir zaman imza çəkməmişəm. Jayne Mansfield artıq aramızda olmadığından ona hörmət əlaməti olaraq bunu etmədim” deyir.
Gecədən digər fotolar da hər iki qadın arasındakı gərginliyi aydın şəkildə əks etdirir.




Mənbə: nolm.us