Rəqqasə Oksana dünyaca məşhur hind aktyorları Sharukh Khan və Madhuri Dixit ilə Dubayda görüşüb.
Oxu.Az xəbər verir ki, “World Premier show”-da Oksana sevimli aktyorları ilə görüşərək onlar üçün xüsusi hazırladığı hədiyyələrini təqdim edib. Gecədən olan fotoları şəxsi səhifəsinə yerləşdirən rəqqasə bunları yazıb:
“Onlarla eyni bir yerdə olmaqla mən ən xoş günlərimin birini yaşadım. Əlbəttə, mən öz ölkəmdə populyaram, amma uşaqlığım onların SRK və Madhirinin kinolarına baxaraq keçib. Şoudan əvvəl mən onların menecerlərinin köməyi ilə öz hədiyyələrimi təqdim etdim, sonra isə onlarla “After Party”-də oldum və orada da Xanla danışdım.
O, çox sevimli və çox sadəlövhdür, mən onu yenidən sevdim! Biz konsert qrupu və başda SRK olmaqla çox gözəl vaxt keçirtdik”.
Aytən Sadıqzadə
www.oxu.az