Rəqqasə Oksana Rəsulova yeni klip üzərində çalışır. Məşhur bununla əlaqədar həm də maraqlı fotosessiya etdirib.
Oxu.Az xəbər verir ki, “Eşq” adlı yeni klipdə “Leyli və Məcnun” əsəri üzərində qurulan rəqs kompozisiyası ekranlaşdırılır. Klipin rejissoru Kənan Musayevdir. Yeni klipin çəkilişləri “Atəşgah”da aparılır. Sözügedən ekran işində həmçinin Oksananın tələbələri də yer alıb.
Fotoların müəllifi Fərhad Əlidir.
Aytən Sadıqzadə
www.oxu.az