Bu gün “Evdəyik” verilişinin qonaqlarından biri illər öncə səsinə və xarici görünüşünə görə bir çox müğənniləri geridə qoyan Toma Bağırova olub.
Oxu.Az gecce.az-a istinadla xəbər verir ki, o nəinki efirlərdə, ümumiyyətcə bu vaxta qədər həyatı haqda heç bir məlumatın olmamasının əsl səbəbini açıqlayıb:
“Həyatda hər şey olur. 1995-ci ildə anam rəhmətə getdi, mən də oxumadım. O vaxtdan sonra bir dəfə qarmon ustası Aftandil İsrafilovla Moskvaya dəvət etdilər oxumağa. Bu, müğənni kimi son səfərim oldu”.
Xatırladaq ki, Toma Bağırova “Lalə qızlar ansamblı”nın solistlərindən olub. O, 1980-ci illərdə Şövkət Məmmədova, Müslüm Maqomayev, Elmira Rəhimova kimi sənətkarlarla eyni səhnəni bölüşüb.