Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"One Direction" qrupu dörd ildən sonra ilk dəfə sosial şəbəkədə paylaşım edib
Britaniya musiqi qrupu "One Direction" keçmiş üzvlərindən biri olan müğənni Liam Peynin ölümü ilə əlaqədar paylaşım edib.
Oxu.Az xəbər verir ki, qrupun "Instagram" hesabında ifaçının ölümü ilə bağlı başsağlığı mesajı yerləşdirilib.
"Liamın ölüm xəbərindən tamamilə sarsılmışıq... Hələlik dərin məhəbbətlə sevdiyimiz qardaşımızın itkisinin yasını tutmaq və qəbul etmək üçün vaxta ehtiyacımız olacaq", - deyə paylaşımda qeyd olunub.
Bu paylaşım qrupun hesabında dörd il ərzində ilk paylaşım olub (2020-ci ilin iyulundan bəri). İki saat ərzində paylaşım 2.2 milyon bəyənmə və 212 000 şərh toplayıb.
Ən çox oxunanlar
Rəylər