Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"OneRepublic" vokalçısından Los-Ancelesə çağırış: "Azərbaycandan nümunə götürün!"
Məşhur "OneRepublic" qrupunun solisti Rayan Tedder sosial şəbəkədə paylaşım edərək Los-Anceles (ABŞ) rəhbərliyinə çağırış edib. İfaçı Azərbaycanın Los-Ancelesdən daha təmiz, daha təhlükəsiz və daha gözəl olduğunu vurğulayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, ulduz bu barədə özünün sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
O, dünya çempionatı ərəfəsində Los-Ancelesdəki problemlərin aradan qaldırılması üçün tədbir görülməsinin vacibliyini bildirib.
Rayan Tedder, həmçinin Bakıda hava temperaturunun cəmi üç dəqiqə ərzində 20 dərəcə azalmasından təəccübünü gizlətməyib.
İfaçı paytaxtdakı möhtəşəm qalanın və şəhər küçələrindəki pişiklərin ona xüsusi təsir etdiyini bildirib.