Ötən gün şəhər restoranlarının birində ATV telekanalının ən baxımlı maqazin verilişi “Onlar” 10 yaşını təmtəraqlı şəkildə qeyd edib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, şou-biznesin tanınmış simalarının qatıldığı gecədə sürprizlə dolu anlar yaşanıb.
Tədbirin qonaqlarından olan sənətçi Rəqsanə yaradıcı kollektivə böyük tort hədiyyə gətirib.
“Onlar”ın özəl gecəsinə gələnlər arasında xalq artisti Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artist Ədalət Şükürov, müğənnilər Samir Piriyev, Nadir Qafarzadə, Samir Cavadzadə, Natavan Həbibi, Aysel Əlizadə, Ayan Babakişiyeva, Manana, Elçin Cəfərov, Yaşar Yusub, meyxanaçı Namiq Qaraçuxurlu, rəqqasə Fatimə, bəstəkar Gövhər Həsənzadə və başqaları var idi.
Gecənin ən maraqlı hissəsi isə Natavan Həbibi, Abbas Bağırov və Elnarə Xəlilovanın iştirakı ilə “Onlar”ın himninin səsləndirildiyi məqam olub.
Təqdim olunan fotoşəkillər 1news.az agentliyinə məxsusdur.