Alış-verişdən dönərkən görüntülənən aktrisa Patricia Arquette küçədəki görkəmi ilə hər kəsi şoka salıb.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, keçən həftə milyonlarla insan onu xüsusi olaraq hazırlanan libası, səliqəli və gözəl saç düzümü ilə izləmişdi. Bu həftə isə aktrisa dağınıq və biabırçı vəziyyəti ilə gündəmə gəlib.
“Boyhood” filmindəki performansıyla “Ən yaxşı köməkçi qadın aktrisa” nominasiyası üzrə “Oskar” qazanan Patricia Arquette bu həftə fotokameralara əli-qolu ərzaqla dolu, üzərində cins şalvar və köynəklə tuş gəlib. Amma təəccüblü olan onun əynindəki şalvarı idi. Düymələri tamamilə açıq olan Patricia Arquettein şalvarı az qala əynindən düşmək üzrə idi.
Aytən Sadıqzadə
www.oxu.az