Bu gün Azərbaycanda Bilik günü kimi qeyd olunur.
Oxu.Az xəbər verir ki, sentyabrın 15-də Azərbaycanda 150 min nəfərdən çox uşaq birinci sinfə gedəcək. Onların arasında məşhurların övladları da var. Müğənnilər Rəqsanə İsmayılovanın qızı Yağmur, Röya Ayxanın oğlu Hüseyn, Elnarə Xəlilovanın oğlu Harun, Miri Yusifin oğlu Mir Hüseyn də bu gün ilk sinfə qədəm qoyan məktəblilər arasındadır.
Məşhurlar bununla əlaqədar sosial şəbəkədə təəssüratlarnı bölüşüblər.
“Mənim gözəlim, Yağmurum 1-ci sinfə gedir. Bütün balaları təbrik edirəm, uğurlar arzulayıram. Uşaqlığım yadıma düşdü. Mənim gözəl balam, Allah səni bütün arzularına çatdırsın. İlk bilik gününü təbrik edirəm”,-deyə Rəqsanə İsmayılova yazıb.


Müğənni Röya Ayxanın oğlu Hüseyn.

Müğənni Elnarə Xəlilova və oğlu Harun.

“Mənim ümidim, köməyim oğul. Arxam, dayağım, dirəyim oğul. Səni birinci sinfə getməyin münasibətiylə ürəkdən təbrik edirəm. O gün olsun ali məktəbə gedəsən”, -deyə Xəlilova qeyd edib.
Müğənni Miri Yusifin oğlu Mir Hüseyn.

İfaçı “Oğlum Mir Hüseyn birinci sinfə getdi” şərhini yazıb.