Türkiyəli müğənni Özcan Dəniz ötən gün mükafatlandırma mərasimlərinə qatılıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, biznes ledi, “Les Ottomans Hotel”in sahibi Ahu Aysal ona mükafat təqdim edən Özcan Dənizin dodaqlarından öpüb. Bundan şoka düşən müğənni uzun müddət özünə gələ bilməyib. Daha sonra A.Aysal “Səni çox sevirəm” deyərək, Ö.Dənizi otelinə dəvət edib.