ATV-də yayımlanan “Özünə bax-2” geyim müsabiqəsinin dünən paytaxt otellərinin birində Qala Gecəsi baş tutdu.
Oxu.Az məlumat verir ki, müsabiqənin final gecəsində 16 xanım iştirakçı birincilik uğrunda mübarizə aparıb.
Verilişin formatına uyğun olaraq qalibləri Ruhi Əliyevanın başçılıq etdiyi münsiflər heyəti - stilist Nigar İbrahimova, modelyer Afaq İsmayılova, türkiyəli model İvana Sert, modelyer Hakan Akkaya və tamaşaçıların sms-ləri müəyyənləşdirib.
3 saata yaxın davam edən final gecəsində ilk üçlüyə düşən iştirakçıların adlarını Ruhi Əliyeva zərfdən çıxarıb.
1-ci yerin qalibi Sevinc Bayramova olub. Həmin iştirakçıya Xırdalan şəhərində 1 otaqlı mənzil hədiyyə edilib.
2-ci yeri qazanan Nərgiz Əliyevaya qiyməti 20 000 dəyərində olan brilyant və zümrüdlərlə bəzədilmiş zinət əşyası verilib.
3-cü yerin qalibi Türkan Həsənli isə İtaliyaya istirahətə gedəcək.
Qeyd edək ki, Rüfət Ağayev və Kamilə Babayevanın aparıcılıq etdiyi gecəyə xalq artisti Faiq Ağayev öz ifası ilə yekun vurub.
Aytən Sadıqzadə
www.oxu.az