“Paramparça” serialında Erkan Petekkayanın oğlu Ozan obrazını oynayan Burak Tozkoparan avtomobil qəzası keçirib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, havanın yağışlı olması səbəbindən idarəetməni itirən aktyorun avtomobili səkiyə çırpılıb.
Burak Tozkoparan təhlükəsizlik kəməri sayəsində qəzadan xəsarət almadan xilas olub.