Aktrisa Peris Hiltonun bacısı Niki məşhur Rotşild ailəsinin oğlu Ceymslə evlənib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni və aktrisa Peris Hiltonun bacısı Niki ilə Rotşild ailəsinin oğlu Ceyms ailə qurub.
Toyqabağı partidə ailələrə yaxın adamlar iştirak ediblər. Qonaqlar arasında ABŞ-ın keçmiş prezidenti Bill Klintonun qızı Çelsi də olub.
Dəbdəbəli məclisdə Hiltonlar və Rotşildlərin yaxınları, ailə üzvləri iştirak edib. Toy mərasimində həyəcanlı anlar yaşanıb. Niki Hiltonun 50 min sterlinq dəyərində olan gəlinlik donu toy maşının təkərinə ilişib. Jurnalistlər isə bu anı görüntüləməyi bacarıb. Gəlinliyin uzun ətəylərinin “Bentley” markalı avtomobilin təkərlərinə dolaşması günün həyəcanlı anı olub.
Nikinin yanında anası Keti, bacısı Peris və atası Riçard Hilton olub.