“Toylar kraliçası” musiqi müsabiqəsinin qalibi, müğənni-meyxanaçı Samirə Yusifqızı italyan mahnısı ifa edəcək.
Oxu.Az-ın AzNews.az-a istinadla xəbərinə görə, S.Yusifqızı bildirib ki, bu dəfə də özünü fərqli janrda sınamaq niyyətindədir:
“İtalyan dilində ifa edəcəyim mahnıda duet tərəfdaşımın 10 yaşı var. Adı da Nihatdır. O, bir sıra beynəlxalq müsabiqələrin qalibi olub, çox istedadlıdır”.
O da məlum olub ki, S.Yusifqızı bu yaxınlarda nənə olacaq:
“Allah bu sevinci hər kəsə qismət eləsin. İnşallah, yaxın günlərdə qızımın övladı dünyaya gələcək”.