Sosial şəbəkədə yayılan açıq-saçıq şəkilləri ucbatından həyat yoldaşı müğənni Sevinc Ağaşirinova ilə yollarını ayırmışdı.
Oxu.Az xəbər verir ki, bütün bunlara baxmayaraq aralarında söz-söhbət olan cütlük barışıb. İfaçı bu haqda “Onlar” verilişinə açıqlama verib:
“Artıq şəxsi həyatımla bağlı danışmaq istəmirəm. Ailəmdə hər şey qaydasındadır. O, yenə də həyatımdadır. Problemi həll etdik, razılaşdıq. Sözümüz-söhbətimiz bir-birimizin boğazından keçir. Övladım da yaxşıdır. Böyüyür. Daha çox atasına oxşayır”.