Qalmaqallı məşhur müğənni Mina bir müddət fasilədən sonra yenidən fəaliyyətə qayıdır.
Oxu.Az xəbər verir ki, bu dəfə o, tam yeni obraz və yeni imicdə tamaşaçılarını sevindirəcək.
Bundan belə o, satirik deyil, romantik janrda mahnılar ifa edəcək. Bununla bağlı müğənni artıq bir neçə mahnı üzərində işlərə də başlayıb:
“Bundan belə qarşınızda tamamilə yenilənmiş Mina kimi çıxacağam. Tam yeni görünüş, yeni imic, yeni ifa tərzi ilə məni gözləyin!” – deyə, Mina bizimlə bölüşdü.
Xatırladaq ki, bu vaxtadək Mina qalmaqallı mətnli mahnıları ilə məşhurlaşmışdı.