Hülya Avşar İstanbul Sarıyerdəki villasının yanında yaşayan qonşusuna aid torpaq sahəsini haqsız işğal etdiyi üçün günahlandırılır.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, qonşusu Məryəm Karbuz Avşara təzminat davası açıb. 61 min 200 lirəlik işğal təzminatından hələlik 2 min lirəni istəyən qonşu İstanbul Asliye Hüquq Məhkəməsinə ərizə ilə müraciət edib.
Karbuz özünə aid torpağın 56.45 kvadrat metrlik hissəsinin Avşar tərəfindən villasının bağçasına qatıldığı və içindəki tarixi qalıqların da aradan qaldırıldığı iddiasıyla 10 il əvvəl Sarıyer 1.Asliye Hüquq Məhkəməsinə müraciət etmişdi.
İki il davam edən məhkəmə Karbuzun lehinə nəticələnib, ancaq buna baxmayaraq Avşar məhkəmə qərarına əməl etməyib. Karbuz vəkili vasitəsilə Avşara yenidən haqsız işğal iddiası ilə məhkəmə davası açıb. Vəkil "61 min 200 lirəlik təzminat haqqımızı gizli tutaraq hələlik 2 min lirənin ödənilməsini istəyirik" deyib.
Aytən Sadıqzadə
www.oxu.az