Reper Qurd “Sevgi təmsili” adlı mahnısına çəkilən yeni klipini sevənlərinin ixtiyarına verib.
Ekran işinin rejissoru Emin Qaraşlı, art-direktor və prodüseri Ays-Monsterdir.
Oxu.Az-a açıqlama verən reper yay aylarında növbəti yeni mahnı və kliplərini təqdim edəcəyini bildirib.
O, iyulun 23-də Nabranda konsert proqramı ilə çıxış edəcəyini də vurğulayıb.
Qurdun sözügedən klipini təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az