Almaniyada yaşayan 44 yaşlı müğənni Rafet El Roman özündən 20 yaş kiçik olan nişanlısı Ceren Kalpakarslanla bu gün Frankfurtta evlənir.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rafet El Roman nikahdan əvvəl Ceren Kalpakarslana evlilik müqaviləsi imzaladıb. Müqaviləyə görə Ceren Kalpakarslan Rafet El Romanın bu günə qədər sahib olduğu və bu gündən sonra əldə edəcəyi sərvətdən pay istəməyəcək.
Əvvəllər də bir dəfə evlənən müğənninin 3 övladı var.
Aytən Sadıqzadə
www.oxu.az