Azərbaycanlı müğənni Rahidə Baxışova şəxsi həyatından danışıb.
Oxu.Az-ın Lent.az-a istinadla xəbərinə görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, hazırda həyatında yalnız anası, övladları, bacısı və bacısının uşaqları var.
“Mənim üçün xoşbəxtlik balalarımın sağlamlığıdır. Bilirsiniz ki, mənim üçün bacımın ailəsi, anam, bir də övladlarım var. Mənim heç kimim yoxdur. Heç bir zaman qohum qapısı açmaram. Bu həyatda çox şey görmüşəm. Yaşım az olsa da, çox şey gördüm. Mənim üçün həyat anamdan, övladlarımdan, bacımdan və onun balalarından ibarətdir. Əsas canımız sağ olsun, ruzimiz bol olsun”.
R.Baxışova daha sonra bildirib ki, yenidən sənətə qayıtmaq ona çətin olmayıb: “İnsan var ki, uzun illər səhnədə olur, amma 1 il görünməyəndə unudulur. Amma məndə belə bir şey olmadı. Bu, mənim naxışımdır. İndi də “Sən öyrətdin” mahnısı eşidilən zaman adım yada düşür. Buna görə də Allahıma şükür edirəm. Nə yaxşı ki, yaddaşlardan çıxmamışam. İndi dövlət televiziyasının solistiyəm. Ramiz Mirişlinin “Dalğalar” adlı mahnısını yazdırmışam. Bu da mənim üçün bir uğurdur”.
A.S.
www.oxu.az