Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rayan Reynolds “Dedpul”un üçüncü hissəsinin taleyindən danışdı
“Marvel” studiyası “Dedpul” filminin üçüncü hissəsi üzərində işləməyə başlayıb.
Bu barədə “Comic Book” nəşrinə amerikalı aktyor Rayan Reynolds bildirib.
Aktyorun sözlərinə əsasən, qeyri-standart superqəhrəman haqqında olan filmin davamı üzərində birinci iki hissəni çəkən komanda çalışır.
“Biz indi ali liqa hesab olunan “Marvel” studiyasındayıq. Bu, dəlilikdir”, - deyə aktyor bildirib.
“Dedpul” filmi eyniadlı komikslər seriyasına əsaslanır. Filmdə, demək olar, öldürülməsi mümkün olmayan superqəhrəmandan bəhs edilir. Bu komiks qəhrəmanını digərlərindən qeyri-standart, ədəbsiz yumor hissinin olması fərqləndirir.
“Dedpul”un birinci hissəsi 2016-cı ildə işıq üzü görüb və dünya prokatında 780 milyon dollar kassa toplayıb. Filmin davamı isə 2018-ci ildə çıxıb.
Rəylər