Rəhim Rəhimli yeni mahnısını təqdim etməyə hazırlaşır. Mahnını fotosessiya ilə təqdim edən ilk müğənni olduğunu söyləyən məşhur fotolarda retro üsluba üstünlük verib.
Oxu.Az xəbər verir ki, müğənni “Onlar” verilişinə müsahibəsində “Dön gəl” adlı mahnı hazırladığını bildirib.
O, təzə mahnısı üçün fotosessiya etdirdiyini söyləyib:
“Sözləri və musiqisi mənə aid olan “Dön gəl” adlı mahnı hazırlayıram. 15 illik fəaliyyətimdə ilk dəfə peşəkar fotosessiya etdirmişəm. Və yenə də bir mahnı üçün fotosessiya etdirən ilk müğənni mən oldum. Mənə elə gəlir ki, mahnını fotosessiya ilə təqdim edən olmayıb. Həmişə kimsə bir ilkə imza atmalıdır. Fotolarda keçmişə qayıtdım, retro üsluba üstünlük verdim. Maraqlı alındı”.
Aytən Sadıqzadə
www.oxu.az