Türkiyənin tanınmış rəqqasəsi Asenadan ona ikinci dəfə dəvət gəlib.
Oxu.Az xəbər verir ki, rəqqasənin AzNews.az-a verdiyi məlumata görə, o, bu dəvətlə əlaqədar dekabrın 25-də Türkiyəyə yola düşür:
“Oradakı layihələrdə repertuarımda ancaq oriyental rəqs olacaq. Orada bu rəqs daha çox sevilir. Amma Yeni İlə kimi Azərbaycana qayıdacam”.
Aytən xanım onu da əlavə etdi ki, hazırda 5 dəqiqəlik bir rəqs nömrəsi üçün 1000 manat alır. Əgər bir rəqsdən savayı yenə oynayarsa, onda bu rəqəm 2 min olur.