Sən kim olmusan ki? Bax, bu nə “fraza”dır? Bu sözü ağzına alan o insanlara demək istəyirəm ki, gedin, dördüncü mikrorayona o vaxt “Xruşovka” binaları var idi, Fatimə xanım çölə çıxanda hamı “stop” edib geyiminə baxırdı.
Oxu.Az xəbər verir ki, bu sözləri məşhur rəqqasə Fatimə Fətəliyeva “ATV Maqazin 10-larla” verilişində dilə gətirib.
Rəqqasə xanım onun ünvanına səsləndirdiyi, “Sən kim olmusan ki?” sözlərindən qəzəbləndiyini açıq şəkildə etiraf edərək, od püskürüb:
“Həyatımızda sözümüzün çəp düşdüyü insanlar olur. Söz düzgün gəlməyəndə o insan deyir ki, “Sən kim olmusan?” Üç gecədir yatmıram. Əsəbdən gözümə qan dolub”.
Müxbirin “Sizi əsəbiləşdirib, qəzəbləndirən müğənni Xatun Əliyevadır?” sualına rəqqasə hiddətlənərək, “O kimdir?”, - cavabını verib.
Sən kim olmusan ki? Bax, bu nə “fraza”dır? Bu sözü ağzına alan o insanlara demək istəyirəm ki, gedin, dördüncü mikrorayona o vaxt “Xruşovka” binaları var idi, F...
Rəşad Əliyev
Rəylər