Bu gün rəqqasə-müğənni Sevda Sanəliyeva sevib-seçdiyi şəxslə nikaha daxil olur.
S.Sanəliyevanın prodüserinin Oxu.Az-a verdiyi məlumata görə, nikah mərasimi məşhurun qohumlarından birinin restoranında baş tutacaq.
Mərasimə 15-20 nəfər qonaq dəvət olunub. Nikah mərasimi mediaya qapalı keçəcək.
Müğənni gələcək həyat yoldaşının kim olduğunu isə açıqlamaq istəmir.
Aytən Sadıqzadə
www.oxu.az