Müğənni Rəqsanə İsmayılova plastik əməliyyatlarından danışıb.
Oxu.Az-ın “Qafqazinfo”- ya istinadən verdiyi xəbərə görə,sənətçi bu barədə “10”lara açıqlama verib.
“Köhnə şəkillərimə baxanda “vay dədəm, mən nə gündə olmuşam.” deyirəm. 3-4 il əvvəlki şəkillərimə baxıram. Görürəm ki, burnum nə boydadı. Kəsdirib, dəyişdirmişəm. 5-6 dəfə əməliyyat elətdirmişəm. Şou-biznes nümayəndələrindən Röyanın burnu xoşuma gəlir. Eşitmişəm ki, burnunu əməliyyat etdirib”, - deyə Rəqsanə etiraf edib.