“Sevgililər günü”ndə İlham və Fərizəyə həsr olunan konsert proqramı ilə çıxış edən müğənni Rəqsanə İsmayılova yenidən konsert verməyə hazırlaşır.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, yaradıcılıq planlarından danışan ifaçı bu dəfə iki konsert proqramı ilə çıxış edəcəyini bildirib:
“Ramazan bayramında kimsəsiz qocalar üçün konsert verəcəm. Bu, ən böyük arzularımdan biridir. Daha sonra Milli Qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədova həsr olunan konsert proqramı ilə şəhidlərimizin doğulduğu rayonda səhnəyə çıxmaq istəyirəm. Konsertin vaxtı dəqiqləşməyib. Lakin onların valideynlərini az da olsa, sevindirmək istəyirəm. İlham və Fərizənin valideynlərinin sözlərindən sonra bir daha əmin oldum ki, onlar üçün atdığımız kiçik bir addım böyük məna kəsb edir”.