Müğənni Rəqsanə İsmayılova çoxdandır efirlərdə görünməyən həmkarı Samir Bağırovdan söz açıb.
Oxu.Az-ın xəbərinə görə, müğənni “Onlar” verilişinə açıqlamasında bildirib ki, həmkarı ondan yardım istəyib:
“Samir məndən öncə sənətə gəlib. Məndən kömək istədi, mən də razılaşdım. İndi uşaq-muşaq səhnədə at oynadır, amma Samir Bağırov sənətdə yoxdur.
Ona söz və musiqisi mənə aid olan iki ritmik və bir lirik mahnı hədiyyə edəcəyəm. Duet də ifa edəcəyik. Sentyabrda Samiri efirdə görə biləcəksiniz.
Biz sənət adamları şan-şöhrətə öyrəşmişik. Var-dövlətimiz azalanda, şan-şöhrəti itirəndə depressiyaya düşürük, yaşamaq istəmirik. Tanınmış simayıq, hamı bizi tanıyır. Sabah maşınım olmasa, taksi ilə getsəm, ölsəm yaxşıdır. Taksi ilə getmək ayıb deyil, sadəcə biz bu həyata alışmışıq”.