Son zamanlar mətbuatda tez-tez adları hallanan Rəqsanə İsmayılova və qızı Aysundan təzə xəbər var.
Oxu.Az Milli.Az-a istinadən məlumat verir ki, bundan sonra müğənninin bütün tədbirlərində aparıcılığı qızı Aysun edəcək.
Rəqsanə eyni zamanda, son vaxtlar övladları ilə bağlı yazılan xəbərlərdən də danışıb:
“Efirdə bir ifadəm yanlış başa düşülüb. Guya mən övladlarım haqqında yazılmasını qadağan etmişəm. Amma mən uşaqlarım haqqında yalan, xoşagəlməz xəbərlərin yazılmasına etiraz etmişəm. Gözəl media nümayəndələrimiz var, maraqlı xəbərlər verirlər. Buna qarşı çıxmıram”.
Qeyd edək ki, Aysunun ilk aparıcılığı Yeni il gecəsi Rəqsanənin Moskvada çıxış etdiyi məclisdə olub.