Müğənni Rəqsanə İsmayılovanın telefonundan şəxsi şəkilləri oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu haqda ifaçı ATV-də yayımlanan “Onlar” verilişində açıqlama verib:
“Telefonumdan şəxsi şəkillərimi oğurlayıblar. O şəkillər 2 il əvvəl çəkilib. Fotoları oğurlayan şəxs artıq onları 3 nəfərə verib. Həmin fotolar 7 minə satışa çıxarılıb. Buradan həmin fotoları oğurlayan şəxsə üzümü tutub deyirəm ki, əgər o şəkillər sosial şəbəkədə, yaxud saytlarda yayımlanarsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar”.
Aytən Sadıqzadə