ANS-in təqdim etdiyi “Bizimkilər 3” layihəsində möhtəşəm kanon ifası ilə ürəkləri fəth edən əməkdar artist Rəşad İlyasov ifa etdiyi mahnıya klip çəkdirməyi qərar verib.
Oxu.Az ANS PRESS-ə istinadla xəbər verir ki, müğənni artıq bəstəsini etibar edəcəyi rejissorun adını da açıqlayıb.
Rəşad İlyasov klipin Fuad Əlişov tərəfindən ekranlaşdırılacağını deyərək əlavə edib ki, klipdən başqa albom da hazırlanacaq, albom bitər-bitməz isə konsert olacaq.