Cənubi azərbaycanlı rəssam müğənni Natavan Həbibinin portretini çəkib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, rəssam Qadir Fəthi tərəfindən hazırlanan rəsmdə kağız və karandaşdan istifadə olunmayıb.
Əl işi yağlı boya ilə parça üzərində çəkilib.
2 saatlıq rəsmin çəkilmə prosesi bir neçə dəqiqəlik videoda əks olunub.