Məşhur Hollivud aktyoru Robert Pattinson mediadan gizli nişanlanıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun nişanlısı yarım ildən çoxdur sevgili olduğu müğənni Taliy Barnettdir. Cütlük yaxın günlərdə nişanlansa da, bunu hələ ki, KİV-dən gizli saxlayır. Lakin T.Bernettin musiqiçi dostu T-Pain bu xəbəri radio verilişlərin birində bilmədən söyləyib:
“Rəfiqəmlə birlikdə albom üzərində işləyə bilməyəcəyik, çünki o Robert Pattinson ilə toya hazırlaşır”.
Qeyd edək ki, sürpriz xəbəri “People” jurnalı da təsdiqləyib.
Aytən Sadıqzadə