Dünya şöhrətli model İrina Şeyk braziliya markası “Triton”un reklam kampaniyası üçün kamera qarşısına keçib.
Oxu.Az Axşam.az-a istinadən məlumatına görə, model Evandro Soldati ilə maraqlı fotolar çəkdirən İrina markanın 2015-ci il yaz-yay kolleksiyasını reklam edib.
Futbolçu Kriştiano Ronaldonun 28 yaşlı sevgilisi maraqlı geyimlərlə olduqca cazibədar görünüb.
Xatırladaq ki, İrina San Pauloda keçirilən Dəb Həftəsi çərçivəsində də “Triton”un nümayişi üçün Braziliyaya getmişdi.