İtaliyanın “Yuventus” komandasının hücumçusu, dünya şöhrətli portuqaliyalı futbolçu Kriştianu Ronaldunun sosial mediada paylaşımı başına bəla olub.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu iki qız, iki oğlan övladı ilə birgə caqquziyə çılpaq halda girib.
Uşaqlarını başına toplayan Ronaldu onlarla birlikdə foto çəkdirərək, bu görüntünü sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Amma onun və uşaqlarının caqquzidəki çılpaq paylaşımı izləyiciləri qəzəbləndirib. Onlar Kriştianunun bu hərəkətinin yolverilməz və qeyri-etik olduğunu yazaraq, onu tənqid atəşinə tutublar.
Bir çox izləyicilər “Yuventus”un hücumçusuna “Ümüd edirik ki, caqquziyə alt geyimsiz girməmisiniz”, “Belə şəkillər paylaşmaq doğru deyil” - yazaraq, hətta Kriştianunu cinsi azlıq adlandırıblar.
K.Ronaldu yazılan şərhlərə cavab verməyib.
Посмотреть эту публикацию в InstagramFunny moment with my babies 😀❤️
Qeyd edək ki, dünya şöhrətli 34 yaşlı portuqaliyalı futbolçu K.Ronaldu Corcina Rodrigez ilə sevgilidir. Cütlüyün doqquz yaşlı Kriştianu Jr., iki yaşlı Eva və Mateo və iki yaşlı Alana adlı övladları var.
Rəşad Əliyev
"İtaliya" teqi üzrə xəbərlər
- Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri Romada bir araya gəldilər: Nələr müzakirə olundu? - Foto
- İtaliyada etirazlar: Yüzlərlə insan saxlanıldı
- İtaliyada kütləvi etirazlara hazırlıq görülür: Şəhərlərə hərbçilər göndərilib
- Milanda iğtişaşların ən azyaşlı iştirakçısı müəyyən edilib - Video
- Rusiya-Ukrayna müharibəsində yeni müəmma: Sülhə doğru dönüş, yoxsa kapitulyasiya? - Foto
Digər xəbərlər