Tanınmış ifaçı Röya Ayxanın tezliklə ATV telekanalında verilişi yayımlanacaq.
Oxu.Az ATVxəbər.az-a istinadla məlumat verir ki, “Röya show” verilişi ilə sevənlərini başına toplayacaq Röya yeni verilişi barədə belə deyib:
"Böyük və möhtəşəm bir televiziya şousu ilə evinizin qonağı olacam. 8 aydır üzərində çalışılan proqramda iki saat sizinlə oxuyub, deyib-güləcəyik" .