Xalq artisti Röya Ayxan xarici görünüşündə dəyişiklik edib.
Oxu.Az-ın məlumatına görə, Röya şəxsi “Instagram” hesabında yeni imicinin fotosunu paylaşıb.
Belə ki, sənətçi sarı saçlarını qısa kəsdirərək tünd rəngə boyatdırıb.
Onun qısa saçları maraqla qarşılanıb. İstifadəçilər sənətçinin yeni görünüşünü bəyənərək ünvanına təriflər yağdırıblar.
