Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Röya MTRŞ-ə səsləndi: İstərdim ki, radiolara da nəzarət edilsin
Müğənni Röya Ayxan “Hər şey daxil” verilişində Milli Televiziya və Radio Şurasına səslənib.
Oxu.Az xəbər verir ki, ifaçı müraciətində bunları deyib:
“Radiolar bir mahnını dayanmadan yayımlayırlar, sonra isə müğənniyə “Daha təzə mahnın yoxdur?” sualını verirlər. Bütün dünyada CD çıxır, hər üç aydan bir növbə ilə mahnılar reklam olunur və müğənni klip çəkdirir. Bu sistem hələ bizə gəlib çatmayıb.
Mən bununla bağlı konfrans keçirəcəyəm. Sənət dostlarımı da dəvət edəcəyəm. İstəyirəm ki, Milli Televiziya və Radio Şurası buna da baxsın. Bilirəm ki, hazırda verilişlərə nəzarət edirlər. İstərdim, radiolara da nəzarət etsinlər. Çünki radioların bizim mahnıları səsləndirməsində problem var. 80-90 faiz xarici mahnılara yer verilir.
Məsələn, Türkiyədə mənim klipimdən çox Gülşənin ekran işi yayımlanır. Çünki öz vətənidir. Bizdən böyüklərin də buna dəstək göstərməsini istəyirəm”.