Ötən gün müğənni Röya Ayxan qırılaraq yararsız hala düşmüş telefonunun fotosunu İnstagram-da paylaşıb.
Oxu.Az Gecce.az-a istinadən xəbər verir ki, o bunları yazıb:
“Qırılsa da, içində böyük xatirələrim var. Elə-belə hədiyyə etmək, nə də atmaq istəmirəm. Özünüz seçim edin, hansı sevənimə hədiyyə edim?”.
Sevənlərindən fərqli olaraq, müğənninin bəzi izləyiciləri onu bu hərəkətinə görə tənqid atəşinə tutub, “özünə saxla, camaatı ələ salma” şərhi yazıblar.
Sözügedən fotonu sizə təqdim edirik:
