Gənc müğənni, ATV telekanalında yayımlanan “Azərbaycanın səsi” verilişinin iştirakçısı Samin Dəniz müsahibə verib.
Oxu.az tabloid.az-a istinadla xəbər verir ki, müğənni "Sizə səsinizin Röyanın tembri ilə oxşar olduğunu deyiblər?" sualını belə cavablandırıb:
"(Gülür) Əslində, mən əsgərlikdə uşaqlar üçün oxuyanda dostlarım mənə zarafatla deyirdilər ki, Röyanın kişi variantı gəldi. Düzdür, bu söz mənə qəribə gəlirdi. Mənə çox adam deyirdi ki, səsin Röyanın ifasına çox bənzəyir".