Müğənni Röya Ayxana həkim qadağa qoyub.
Oxu.Az xəbər verir ki, ifaçı bu baradə “Onlar”a danışıb:
“İki ay əvvəl həkimə getdim. Yaxşı sözlər demədilər. Əməliyyat yazdılar. Amma Gülyaz və Gülyanaq bacıları məni həkimə apardılar. Məhz səs tellərini müalicə edir. Həkim-həkim gəzdim, ona görə də daha pis oldum. Əsəbdən qışqırmışam, səs telim partlayıb. İndi düzəlirəm. Həkim qadağalar qoyub. Ancaq su içə bilərəm. Bal yedikcə boğuluram. Alma, duzlu, şirniyyat olmaz”.