Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiyalı müğənni Boris Moiseyev öldü
Rusiyalı müğənni və rəqqas Boris Moiseyev 69 yaşında vəfat edib.
Öncəki illərdə o, iki dəfə insult keçirib.
İfaçı xəstəliyi səbəbindən şou-biznesdən ayrılıb.
Ağır xəstə olan müğənniyə rejissoru Sergey Pis kömək edib. O, kommunal xərcləri ödəyib, Moiseyevə yemək alıb. Bunun müqabilində ifaçı dostu üçün Moskvada daşınmaz əmlak hədiyyə edib.
Boris Moiseyev “Mavi ay”, “Şelkunçik”, “Tanqo-kokain” və s. hitləri ilə tanınırdı.
Mənbə: iz.ru
Ən çox oxunanlar