Əslən Özbəkistanlı, Rusiyanın “Blackstar” leyblı altında çıxış edən hip-hop janrının mahir ifaçısı Doni təxəllüsü ilə tanınan repçi Dostonbek İslamov dincləyicilərini təəccübləndirmək üçün fərqli addım atıb.
Oxu.Az xəbər verir ki, Doni azərbaycanlı meyxanaçı Elsevər Qəmlinin mahnısını virtual duet şəklində lentə alaraq rəsmi “Youtube” hesabında yayımlayıb.
Beş il öncə aprelin 11-də “Youtube” videohostinqdə yüklənilib və altı milyon baxış toplayan “У моей девушки день рождения” (Mənim sevgilimin ad günündür) adlı mahnı Doninin diqqətini çəkib. Rusiyalı repçi bəstənin nəqarət hissəsini götürərək üstünə rep yazıb və bütov şəkildə mahnını izləyicilərin ixtiyarına verib.
Rəşad Əliyev