Vera Brejneva “Maxim” jurnalının apardığı sorğuya görə “Rusiyanın ən seksual qadını-2015” seçilib.
Oxu.Az xəbər verir ki, 33 yaşlı aktrisa, aparıcı və müğənni artıq üçüncü dəfədir ki, dərginin top-100-nə başçılıq edir.
Xəbəri aktrisanın həyat yoldaşı Konstantin Meladze Facebook səhifəsində yayıb.
Brejneva ilə yanaşı ilk 20-yə düşən məşhur xanımların adı hələlik məlum deyil. “Maxim” dərgisinin dekabr buraxılışnda bu haqda ətraflı məlumat almaq olacaq.
Aytən Sadıqzadə
www.oxu.az