Türkiyəli müğənni Ebru Gündeşin Azərbaycan əsilli həyat yoldaşı Rza Zərrab uzun zamandır ortalarda görünmür.
Oxu.Az türk mediasına istinadla xəbər verir ki, Zərrab ötən gün fotokameralara tuş gəlib.

İçi cangüdənlərlə dolu üç avtomobillə Bebek sahilinə gələn Zərrabın xeyli kilo verdiyi nəzərə çarpıb. Verdiyi kilolar ucbatından o, sanki tanınmaz hala düşüb.

Səhər idmanı etmək üçün gəzintiyə çıxan məşhur iş adamını cangüdənləri kölgə kimi təqib edib. Yolunu Emirganda sonlandıraraq avtomobilə minən Zərrab və cangüdənlərin olduğu avtomobillər bir müddət yolun bağlanmasına səbəb olub.

Aytən Sadıqzadə