Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şakira son mahnısı ilə Pikeni boşanmasına peşman etdi - VİDEO
Jerar Pike və Şakira arasındakı münaqişə sanki əbədi olaraq davam edir. Ulduz cütlük 2022-ci ilin yayında futbolçunun xəyanətindən sonra ayrılıb. Məlumata görə, Pike hələ Şakira ilə münasibətdə olarkən başqa bir qızla - Cerardın prodüser şirkətində işləyən 23 yaşlı tələbə Klara Çia Marti ilə görüşməyə başlayıb.
Pike və Şakira ayrıldıqdan sonra çox şey oldu. Məsələn, müğənni iki oğlu üçün qəyyumluq iddiasını qazandı və “Barselona”nın keçmiş müdafiəçisi indi uşaqlarını yalnız onun razılığı ilə görə bilər.
Bu günlərdə isə Şakira Pikeyə yeni zərbə vurub. O, məşhur argentinalı DJ və prodüser Bizarrapın studiyasında yeni mahnı ifa edib. Bu isə sadəcə bir trek deyil, tam hüquqlu bir dissdir - mətn sadəcə Pike və onun yeni sevgilisi haqqında şok sətirlərlə doludur.
İlk misrada Şakira sadə metaforalardan istifadə etsə də, son sətirdə Pikeni sancmaq fürsətini əldən verməyib:
Bağışla, mən artıq başqa təyyarəyə minmişəm
Mən qayıtmayacağam, bir daha məyus olmaq istəmirəm
Özünü çempion kimi göstərmək üçün çox çalışırsan
Sənə ehtiyacım olanda isə ən pis tərəfini göstərdin
Mənim kimi dişi canavar yeni başlayanlar üçün deyil.
Xorda Şakira Pikenin sevgilisini xatırlayıb:
Mənim kimi dişi canavar sənin kimi oğlanlar üçün deyil.
Mən səni keçmişəm - buna görə də sən özün kimi bir qızla birlikdəsən.
Artıq ikinci misrada hərarət başlayır. Şakira Pikenin problemlərində özünün günahı olmadığını deyir:
Ağlayıb yalvarsan da, sənə qayıtmayacağam
Başa düşdüm ki, sənin ünvanına tənqidlər mənim günahım deyil.
O, Jerarı onu tərk etmə üslubunda da günahlandırıb:
Məni qapıda jurnalistlərlə, vergi borcları ilə qoyub getdin
Məni incidəcəyini düşündün, amma sonunda məni daha da güclü etdin.
İkinci misranın ortasında, Şakira artıq Pikenin sevgilisini yerlə bir edib. 22 barədə sətir yaşa aydın işarədir. Müğənninin 45 yaşı var, Klaranın iki dəfə az. Bu hissənin sonunda - bahalı və büdcə markaları arasında aydın bir bənzətmə aparılıb:
Mənim ehtimal olunan əvəzləyicimlə sənə ən yaxşısını arzulayıram
Heç bilmirəm sənə nə olub, çox qəribəsən
Mən iki 22 dəyərindəyəm
Sən “Ferrari”ni “Renault Twingo”ya dəyişdin
Sən “Rolex”i “Casio”ya dəyişdin.
Nəhayət – Şakiradan intellektlə bağlı açıq zərbə gəlib:
Dəfələrlə idman zalına getdin, amma bir az da beynini məşq elətdir…
Pike hələlik mahnıya şərh verməyib.
Mənbə: Sözcü
Rəylər