Moda dünyasının iki məşhur modeli Parisdə axşam yeməyindən çıxarkən görüntüləniblər.
Oxu.Az xəbər verir ki, Kendall Jenner və Gigi Hadid fransız modelyer-dizayner Oliver Rousteing ilə gecə gəzintisi üçün seçdikləri geyimlərlə diqqət çəkiblər.
19 yaşındakı Jenner başdan ayağa qaraya bürünüb. Geyindiyi tamamilə şəffaf libası ilə fotoqrafların maraq obyektinə çevrilib.
Gigi Hadid isə restoranda şam yeməyi görüşünə tünd yaşıl rəngli mini libas seçib.