Aşıq Samirə Əliyeva avtomobil qəzası keçirib.
Oxu.Az xəbər verir ki, bu haqda sənətçi axşam.az-a açıqlamasında deyib.
O, günahın özündə olduğunu bildirib:
“İki gün əvvəl avtomobil qəzası keçirmişəm. Çox ağır hadisə idi. Şükür edirəm ki, ölüm olmadı. Anam və övladlarım da maşında idi. Qızdırmalı idim, sükan arxasında yuxu tutub yatmışam. Gedib divara çırpılmışam. Amma heç bir avtomobilə ziyan vurmamışam. Bu hadisədən sağ-salamat xilas olduğumuz üçün qurban kəsəcəm”.